Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 11:43:44
Oruc tutanların diqqətinə - Bu il fitrə zəkatı belə veriləcək - MƏBLƏĞ

Azərbaycanda adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

 

AzEdu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə müsəlmanlara ünvanladığı təbrikdə bildirib.

 
"Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i - Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır", - deyə şeyx bildirib.