Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 11:31:00
Pedoqoji ulduz falı - Bürclərə görə müəllimlərin tipi

Müəllimin məktəbdə səmərəli işləyə biləcəyini və şagirdlərə nümunə olacağını necə başa düşmək olar?  Diaqnostika və sertifikatlaşdırma aparmaq yolu ilə bunu müəyyən etmək olar. Lakin biz ulduzlara müraciət etmək qərarına gəldik. Ulduzların müəllimlər üçün müəyyən etdiyi xüsusiyyətlər həyatda təsiqini tapırmı?

AzEdu.az saytl maraqlı təqdimatı diqqətinizə çatdırır:

Qoç (03/21 - 04/20)

Qoçlar daimi rəngarəngliyə ehtiyac duyurlar, bir işlə uzun zaman məşğul olanda asanlıqla buna maraqlarını itirir və tez bir zamanda yenisinə keçirlər – ona görə də uzun müddət bir yerdə işləyə bilmir və geniş təcrübə qazanmırlar.

Uyğun fənn

Qoçlar ideal idman müəllimi olurlar - sözün geniş mənasında kəskin, tez əsəbləşən və sevinc dolu fəaliyyətə meyllidirlər.

Şagirdlərə məsləhət. Yalan və boyuna almamaq Qoç bürcünü asanlıqla əsəbiləşdirə bilər, ona görə də belə bir müəllimlə həmişə dürüst olun.


Buğa (21 aprel - 21 may)

Buğa sakit, geniş dünyagörüşə malik  müəllim olur və şagirdlərin dərsi yüzdə yüz mənimsəməsinə cəhd edir. Ancaq bu cür müəllimlər əlavə ödənişli dərslərdə israr edə bilərlər, çünki Buğalar maddi təminata güclü həvəs göstərirlər.

Uyğun fənn

Buğa  yaxşı riyaziyyat müəllimi olur - onun əzmi, zəkası, əminlik arzusu dəqiq elmləri izah etməyə kifayət edir.

Şagirdlərə məsləhət. Buğa müəllimin dərslərində əlinizdən gələni edin - belə bir müəllim çalışqanlığınızı və çəkdiyiniz zəhməti yüksək qiymətləndirəcək.

Əkizlər (22.05 - 21.06)

Əkizlər nadir hallarda "dərin" mütəxəssis olurlar, çünki onlar çalışqanlıq göstərmirlər və hər şeydən "bir azla" kifayətlənməyə çalışırlar. Amma onların dərsləri maraqlı olur - Əkizlər çox danışır və bütün enerjilərini sevdikləri işə verirlər.

Uyğun fənn

Əkizlər musiqi, təsviri incəsənət, rəqs kimi yaradıcılıq fənlərində daha çox uğur qazanırlar və əla nəticə göstərirlər.

Şagirdlərə məsləhət. Əkizlər müəllimlə rastlaşsanız sevinin - dərsləriniz maraqlı və cəlbedici olacaq. Təşəbbüskar olun və müəllimlə dioloqa girməkdən çəkinməyin.

Xərçəng (22.06 - 23.07)

Xərçəng - müəllim şagirdlərə maksimum qayğı göstərir, onları sevir və səmimi şəkildə onlar üçün narahat olur. Ancaq Xərçənglərin dərslərində tez-tez nizam-intizamla bağlı problemlər ortaya çıxır - onlar çox yumşaq müəllimlərdir və ciddi mühit yarada bilmirlər.

Uyğun fənlər

Xərçəng tarixi və sosial elmləri öyrətmək üçün münasibdir - bu fənlərdə o, potensialını üzə çıxara və şagirdlərlə mümkün münaqişələrin sayını minimum endirə bilər.

Şagirdlərə məsləhət. Xərçəng - müəllimlərlə ünsiyyət zamanı diqqətli olun - onlar çox həssasdırlar və hər hansı bir diqqətsiz söz onları incidə bilər. Xərçəng müəllimlə ümumi dil tapmağı bacarsanız, o, sizin üçün təkcə yolgöstərən deyil, həm də ən yaxşı dost olacaq.

Şir (24.07 - 23.08)

Şirlər oynamağı və əylənməyi sevirlər. Bununla belə, Şir - müəllimlər həmişə primitiv cəza üsullarına əl atırlar – şagirdləri sinifdən qovur, dərs otağını  tərk edirlər.

Uyğun fənn

Şirlər məktəbəqədər təhsil üçün gözəl müəllimlərdir – dərs materialını oynaq və mükəmməl şəkildə təqdim etməyi bacarırlar.

Şagirdlərə məsləhət. Şir - müəllim ona pərəstiş etməyi və aşkar yaltaqlığı sevirlər. Onlara iltifat edin və dərslərinə gecikməyin - əks halda həmişəlik qara siyahıya düşə bilərsiniz və oradan çıxmaq sizing üçün asan olmayacaq.


Qız (24.08 - 23.09)

Qız hər şeyi başa düşülən qrafiklərdə və cədvəllərdə təqdim edə bilən diqqətli bir müəllimdir. Bir qayda olaraq, onlar öz sahələrində peşəkardırlar, lakin dərsləri darıxdırıcı təşkil edirlər, çünki proqramdan kənara çıxmağı xoşlamırlar.

Uyğun fənn

Qızlar dəqiq elmləri əla bilirlər, elmi  - texniki məsələləri izah etmək üçün lazım olan hər şeyə sahibdirlər.

Şagirdlərə məsləhət. Qızlar çox vasvasıdırlar və bütün göstərişlərinə şübhəsiz əməl olunmasını tələb edirlər. Odur ki, dərslərə gecikməyin, “ev tapşırığını” vaxtında təhvil verin və onu aldatmağa çalışmayın.

Tərəzi (24.09 - 23.10)

Tərəzi – müəllim İnsanlarda nəzakətə ən çox dəyər verən və diplomatik bir müəllim tipidir. Tərəzi gənc müəllimlər üçün əla yolgöstərən və sinif rəhbəri olur - yeni başlayanlar ehtiyac duyduqları hər şeyi ondan öyrənə biləcəklər və şagirdlərlə  həmişə nəvazişlə əlaqə saxlauyacaq.

Uyğun fənn

Ədəbiyyat, ana dili və xarici dillər Tərəzi müəllimlər üçün uyğundur – onlar bu fənlərdə yaradıcı potensiallarını və harmoniya istəklərini üzə çıxara bilirlər.

Şagirdlərə məsləhət. Tərəzi müəllimləri səs-küyə və digər nizam-intizam pozuntularına dözə bilmirlər - sinifdə nümunəvi uşaqlar kimi davranmağa çalışın.

Əqrəb (24.10 - 22.11)

Əqrəblər əla psixoloq və çətin tərbiyə olunan uşaqlar üzrə mütəxəssislərdir. Çətinliklərdən qorxmur və mürəkkəb  problemləri ustalıqla  həll edirlər. Bu işdə  onlara insanları manipulyasiya etmək bacarığı kömək edir.

Uyğun fənn

Əqrəb - müəllim üçün kimya, biologiya, fizika kimi fənlər daha uyğundur.

Şagirdlərə məsləhət. Əqrəb sinifdə maksimum geri dönüş tələb edir. Dərs prosesində 100 faiz iştirak edin və bunun qarşılığını görəcəksiniz - müəllim materialın hazırlanmasına və yaradıcı tapşırıqların yerinə yetirilməsinə çox vaxt sərf edəcək.

Oxatan (23.11-21.12)


Oxatan ideal müəllimdir, bilikləri bölüşmək onun qanındadır. Belə müəllimlər yeni ortaya çıxan hər şeyə meyl edirlər: onlar tədrisə qeyri-adi yanaşmalar tətbiq edir, yaradıcı tapşırıqlar hazırlayır, eksperimentləri dəstəkləyirlər.

Uyğun fənn

Oxatan - müəllim humanitar fənləri - ədəbiyyat, tarixi daha çox sevir və onlarla məşğul olmağı üstün tuturlar. Onlar yaradıcı axtarışlar və üfüqlərin daim genişlənməsi üçün idealdırdırlar.

Şagirdlər üçün məsləhət. Oxatan müəlliminin uğurlarınız  haqqında açıq danışmasına hazır olun - bu müəllimlər "yumşaq dil" seçməyə bilərlər.

Oğlaq (22.12 - 20.01)


Dərslərdə Oğlaqlar dəmir nizam-intizam tətbiq edəcəklər. Gecikənlər sinifə buraxılmayacaq, dəhlizdə qalacaqlar. Şagirdlər arasında xüsusi münasibət yaratmırlar, lakin tələbələrə bilikləri tam şəkildə öyrətməy can atırlar.

Uyğun fənn

Belə müəllimlər özlərini dəqiq elmlərdə - cəbr, həndəsə, fizikada üzə çıxarırlar. Onlar sizə yetərincə mürəkkəb olan mövzuları öyrənməyə və başa düşməyə məcbur edəcəklər.

Şagirdlərə məsləhət. Oğlaq - müəllimlə heç vaxt mübahisə etməyin. Onlar özlərindən başqa heç kimi haqlı saymırlar, buna görə də intizamı və bir daha intizamı yüksək qiymətləndirirlər.

Dolça (21.01-19.02)

Dolçalar məktəbin  ruhu və şagirdlərin dostu olurlar. Məmuniyyətlə fənn həftələri, dərs saatları təşkil edir, innovativ ideyaları tətbiq irəli çəkirlər. Belə müəllimlər sərt qaydalara dözmür, sərbəst iş qrafikinin üstün tuturlar.

Uyğun fənn

Çox vaxt Dolçalar kompüter elmləri, sosial elmlər, xarici dilləri öyrədirlər. Çünki bu fənlər qaydaları pozmağı və yaradıcılıq nümayiş etdirməyi asanlaşdırır - məsələn, veb sayt yaratmaq və ya mahnı öyrənmək kimi.

Şagirdlərə məsləhət. Dolça müəllimlə sizin üçün  əyləncəli və maraqlı olacaq, o, artıq yüklərdən sizi azad edəcək. Hər şeyi əzbər bilmək lazım deyilsə - onu sevin, yoxsa - əlavə iş görməyə hazır olmalısınız.

Balıqlar (20.02 - 20.03)


Balıq müəllim  həmişə öz temperamentindədir. Tələbələrə qarşı mehriban, lakin həmişə emosiyalardan uzaqdır. Yaradıcılıqla məşğul olmaqdan və ya xeyriyyə layihəsinə nəzarət etməkdən zövq alırlar.

Uyğun fənn

Belə bir müəllim qeyri-ciddi fənləri tədris etməlidir. Rus dilini və ya riyaziyyatı ona həvalə etsəniz, sinifin  bütün imtahanlardan kəsiləcəyinə əmin ola bilərsiniz.

Şagirdlərə məsləhət. Balıq müəllimlə yola getmək asandır. O, heç vaxt sizi cəzalandırmayacaq, tapşırığı yenidən yazmağa icazə verəcək və əlavə vaxtla mükafatlandıracaq. Amma belə müəllim əsəbiləşsə, onun qəzəbini söndürmək sizə nəsib olmaycaq.