Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 09:16:00
Tədqiqat: Aşağı gəlirli insanlar daha çox ağrıyır

İnsanın gəliri nə qədər aşağı olarsa, ciddi xəsarət almadan fiziki ağrı hiss etmək ehtimalı bir o qədər yüksəkdir.

AzEdu.az xəbər verir ki, bu barədə ScienMag-ın məlumat yayıb. Nəşr qeyd edir ki, London City Universitetinin sosioloqları 146 ölkədən 1,3 milyon insanın məlumatlarını təhlili edərkən belə qənaətə gəliblər.

Könüllülər vergidən əvvəl aylıq gəlirlərini göstəriblər, sonra bu gəliri ailədəki insanların sayına bölünür. İştirakçılardan sorğudan bir gün əvvəl fiziki ağrı yaşayıb-yaşamadıqları da soruşulub. Cavab variantları “bəli” və ya “yox”dur.

Məlum olub ki, yoxsul və ya varlı ölkədə yaşamasından asılı olmayaraq, aşağı gəlirli insanlar ağrıları daha çox hiss edirlər. Bunun səbəbi mənfi emosiyalar ola bilər - insan öz sərvətini yaxınları  ilə müqayisə edir.

Alınan nəticə budur: ağrımaq istirahət və məhsuldarlığa təsir edir, tibbi xərcləri artırır, asılılıq və intihar riskini artırır.