Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 10:54:54
Gəncədə beş aylıq körpə xəstəlikdən ölüb

Gəncədə körpə qız xəstəxanada ölüb.

 

AzEdu.az xəbər verir ki, 2022-ci il təvəllüdlü M.Məmmədova valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

 

Azyaşlıya dərhal ilkin tibbi yardım göstərilib. Aparılan profilaktik tədbirlərə baxmayaq, beş aylıq qız xəstəxanada ölüb.

 

İlkin məlumata görə, azyaşlı xəstəxanaya qızdırma ilə gətirilib. Bundan başqa, onun qan xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

 

Ölüm faktı ilə bağlı araşdırma aparılır.