Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-23 15:19:00
II ixtisas blokuna hazırlaşan abituriyentlərin NƏZƏRİNƏ! - Proqrama bu mövzular əlavə edildi

“2019-cu ildə keçiriləcək qəbul imtahanlarında II ixtisas qrupu üzrə abituriyentlər yalnız Azərbaycan tarixindən deyil, eyni zamanda dünya tarixindən də imtahan verəcəklər”

Bunu AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elxan Nəcəfov deyib. O abituriyentləri diqqətli olmağa çağırıb:

“Əvvəlki qəbul modelində abituriyentlər II ixtisas qrupu üzrə yalnız Azərbaycan tarixindən imtahan verirdilər. Hazırda isə vəziyyət tamamilə fərqlidir. Abituriyentlər yalnız Azəbaycan tarixindən deyil, eyni zamanda dünya tarixindən də imtahan verəcəklər. Onlara seçim edərkən proqramın ağırlığını nəzərə almalarını və diqqətli olmalarını tövsiyə edirik”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları