Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 09:03:53
Azərbaycanlı şagird ABŞ-da hər il 82300 dollar alacaq

Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alan azərbaycanlı şagird Dəniz Səttarlıya MİT hər il 82300 dollar təqaüd verəcək.

AzEdu.az xəbər verir ki, bu barədə onun müəllimi Rüfət Hüseynzadə məlumat paylaşıb.

"Dünyanın ən yaxşı universitetindən gələn qəbul xəbərindən sonra indi də təqaüd xəbəri gəldi. MİT Dənizə hər il 82300 dollar təqaüd verəcək. Belə top universitetləri hər il ölkə gənclərinə və ailələrinə təkrar-təkrar əlçatan etmək çox böyük xoşbəxtlikdir", - deyə R.Hüseynzadə bildirib.