Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 15:43:04
3 saylı Uşaq evində yoxlama aparılıb

Sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış video məlumata əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 6.4-cü bəndinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemlər Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirib.

 

AzEdu.az xəbər verir ki, monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılmış, ümumi qiymətləndirmə aparılmış, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılmışdır.

 

Məlumat aidiyyəti quruma təqdim ediləcəkdir.

 

Qeyd edək ki, monitorinq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilmişdir.

 

Müəssisənin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.