Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 17:12:00
Yerdəyişmə ərizəsini təsdiqləyən müəllim onu yeniləyə bilməz - RƏSMİ

Elm və  Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi prosesi həyata keçirilir. Yerdəyişmə etmək istəyən müəllimlər nazirliyin müəyyən etdiyi vaxt ərzində elektron qaydada ərizlərini təqdim etməlidirlər. Ancaq bəzi müəllimlər müəyyən səbəblərdən ərizəsini ləğv edib yenidən qeydiyyatdan keçmək istəyir.

 

Bəs qeydiyyatdan keçmiş müəllimlər yerdəyişmə ərizəsini ləğv edib, yenidən qeydiyyatdan keçə bilər?

 

AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İntitutundan belə bir halın mümkün olmadığı bildirilib.

 

“Ərizələrdə dəyişiklik edilmir, ərizələrin elektron qeydiyyatı zamanı təsdiqdən əvvəl də bu barədə xüsusi qeyd var”.