Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 08:50:00
Mobil telefondan ilk zəng - Bu nə vaxt olub?

Düz 50 il əvvəl, 1973-cü il aprelin 3-də dünyada ilk mobil telefon danışığı edilib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk zəngi “mobil telefonun atası” da adlandırılan Motorola şirkətinin mühəndisi Martin Kuper edib.

Kuper ilk zəngi Motorola telefonu ilə etmişdi. Demək olar ki, 800 qram ağırlığında və 33 santimetr uzunluğunda olan DynaTAC markalı telefonu tam doldurmaq 10 saat çəkib.

“Bu telefonun çəkisi təxminən 1 kiloqram idi... və danışıq rejimində batareya 25 dəqiqə işləyirdi. Lakin bu problem deyildi. Bu telefon o qədər ağır idi ki, onu 25 dəqiqə belə saxlaya bilməzdin”, - Kuper bildirib.

O zaman SMS-lərdən söhbət gedə bilməzdi və mobil telefon ancaq zəng edib qəbul edə bilirdi.

Motorola tərəfindən istifadə edilən telefonun kommersiya versiyası Dynatac 8000X 1983-cü ildə - tarixi çağırışdan 10 il sonra buraxıldı. O zaman Motorola Dynatac 8000X ABŞ-da 3995 dollara satılıb.