Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 16:11:52
Şuşanın iki kəndi Ordumuzun nəzarətinə keçib - VİDEO

Şuşa istiqamətində keçirilən son əməliyyatlar nəticəsində Şuşanın iki kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib. 

AzEdu.az xəbər verir ki, martın 25-də Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində bir sıra yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləri artıq Azərbaycan Ordusunun nəzarəti altındadır.

Həmin kəndlərdən videogörüntüləri təqdim edirik: