Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 16:55:00
Yeni qəbul modelində Fizika fənninin yaşadacağı çətinliklər – “Problemlərin olacağı ehtimalı var”

“Fizika fənnində elə ciddi dəyişiklik olmamalı, qəbul proqramı necə varsa, əvvəlki qaydada qalmalıdır. Çünki Fizika dəqiq elmdir  və qaydalarda sadəcə forma dəyişikliyi ola bilər. Yeni qəbul modeli birinci il tətbiq olunacağından birbaşa proqnoz vermək çətindir. Ancaq qaydalar tətbiq ediləndən sonra bir sıra problemlərin üzə çıxacağı ehtimal edilir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Fizika müəllimi Rövşən Əliyev deyib. Onun sözlərinə görə, kurikulum əsasında təşkil olunacaq imtahanlarla bağlı maarifləndirmə işləri daha çox olmalıdır:

“İntensiv olaraq sınaq imtahanları təşkil olunmalıdır. Dərsliklərdə məsələlərin həlli və araşdırmalarla işləmə yolları artıq məlumdur. Fizikada elə ciddi dəyişiklik olmamalı, qəbul proqramı necə varsa, əvvəlki qaydada qalmalıdır. Çünki Fizika dəqiq elmdir və burada sadəcə forma dəyişikliyi ola bilər. Yeni qaydalar birinci il tətbiq olunacağından birbaşa proqnoz vermək çətindir. Ancaq qaydalar tətbiq ediləndən sonra bir sıra problemlərin üzə çıxacağı ehtimal edilir”.

Rövşən Əliyev ənənəvi sistem üzrə təhsil alan abituriyentlərin qəbul imtahanlarında çətinlik çəkəcəyini vurğulayıb:

“Gələn il imtahan verəcək şagird kurikulum sistemi üzrə təhsil alıb və bu dərsliklərdən istifadə edibsə, həmin şagird üçün bu imtahanların tətbiqi o də qədər çətinlik törətməyəcək. Ənənəvi qaydalarla təhsil alan abituriyentlər üçünsə müəyyən problemlər yarana bilər. Yeni qaydalara əsasən, yoxlama prosesində insan amili  faktoru var. İllər keçdikcə bu proses qüsursuz şəkildə formalaşacaq. Lakin birinci il olduğundan müəyyən problemlər qaçılmazdır. Düşünürəm ki, nəticəsindən narazı olan abituriyentlərə və valideynlərə sual kitabçalarına yenidən baxılması üçün şərait yaradılacaq. Yeni model bu formada tətbiq olunarsa, elə də böyük çətinlik yaranmaz. Xüsusilə də 2019-cu ildə kurikulum sisteminin ilk məzun buraxılışı olacaq. Onlar üçün böyük maneələrin yaranacağını düşünmürəm”

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları