Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-02 14:45:34
Bakıda 20 yaşlı qız yenidən itkin düşüb

Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, qızı 2003-cü il təvəllüdlü Əfsanə yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

 

Daxili İşlər Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, itkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara.

 

Əfsanə İsmayılova barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum istiqamətdə getmiş və itkin düşmüşdü. Həmin vaxt 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri müəyyən edilmiş və Əfsanə tapılaraq ailəsinə təhvil verilmişdi.