Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-02 12:11:52
Deputatdan gənclərə 10 tövsiyə: “Cılız düşüncələrdən uzaq olun!”


Milli Məclisin deputatı Ceyhun Məmmədov növbəti dəfə gənclərə müraciət edib.

AzEdu.az millət vəkilinin tövsiyələrini diqqtərə çatdırır:

“Dəyərli gənclər, yeni tövsiyələrimi sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:

  1. Başımıza gələn faciələrin dərki və nəticə çıxarmaq üçün tariximizi yaxşı öyrənin.
  2. Hər zaman böyük düşünün. Cılız düşüncə və əməllərdən uzaq olun.
  3. Bilmədiyiniz, məlumatınız olmayan məsələlər barədə heç zaman fikir bildirməyin.
  4. Hər hansı addım atarkən öncə cəmiyyəti, vətəni sonra özünüzü düşünün.
  5. Heç zaman şəxsi mənafeyi ictimai mənafedən üstün tutmayın.
  6. Qərar qəbul edərkən, insanları mühakimə edərkən hissə qapılmaqdan uzaq olun.
  7. Daha çox insanların deyil, öz əməllərinizi təftiş edin, özünüzü hesaba çəkin.
  8. İnsanları tənqid etməzdən öncə, özünüzə mən olsam nə edərdim sualını verin.
  9. Kimliyindən və hansı peşəyə sahib olmağından asılı olmayaraq heç zaman insanlara yuxarıdan aşağı baxmayın.
  10. İnsanlara pislik etməkdən çəkinin, unutmayın ki, insanlara nə versəniz o da sizə geri qayıdacaq.