Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 12:00:00
İbtidai siniflərdə müəllim və “sektor” davası – “Valideyn uşağı yox, bunları düşünür”

“Dərsə yeni gələn şagird  heç anlamır ki, burada  söhbət nədən gedir. Dərs öyrənmək bir kənara qalır, artıq uşaq dil öyrənməyin dərdini çəkir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil işçisi Almaz Həsrət deyib. O, orta məktəbin ilk sinfində şagirdlərin üzləşdikləri əsas problemlərdən danışarkən bildirib ki,  hazırda I siniflərdə ən böyük problem valideynlərin uşaqlarını rus bölməsinə yazdırma istəkləridir:  

“Onların əksəriyyəti rus dilini bilmir, amma istəyirlər ki, övladları rusca təhsil alsın. Bu, uşaqlara hədsiz əziyyət verir. Onlar evdə ana dilində danışır, tapşırıqları rusca etməli olurlar. Ən yaxşı halda, rusca cizgi filminə baxıb nəsə başa düşə bilirlər. Amma bütün fikir və anlayışları sırf rusca olur.  Beləcə, uşağın logika və məntiqi sınır. O heç anlamır ki, dərsdə söhbət nədən gedir. Dərs öyrənmək bir kənara qalır, artıq uşaq dil öyrənməyin dərdini çəkir.

Bundan əlavə, siniflərdə çox sıxlıqdır. 46-47 uşaq bir sinifdətəhsil alır. Müəllim hər uşağa heç bir dəqiqə vaxt sərf edə bilmir. Bu, dərs keyfiyyətini aşağı salır”.

O, I sinifdə müəllim seçərkən valideynlər arasında yaranan konfliktdən də söz açıb:

“Bəzən bir müəllimin adı çıxır ki, yaxşı müəllimdir. Bütün valideynlər onu istəyir. Valideyn üçün məktəbdən çox uşağına kimin dərs deyəcəyi maraqlıdır. Buna görə də müəllimi maraqlanır. Elektron ərizə verəndə müəllimlərin adı ekranda görünür. Valideyn müəllimi seçir. Əgər istədiyi müəllimin sinfi artıq dolubsa, bu,  başqa müəllimi seçmək məcburiyyətində qalır. Beləcə fikir ayrılığı yaranır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları