Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 13:03:22
Əməkdar müəllim vəfat edib

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, tarix elmləri doktoru, Əməkdar müəllim Musa Quliyev (Quluzadə) vəfat edib.

Bu barədə AzEdu.az-a Dövlət İdarəçilik Akademiyasından məlumat verilib.

Musa Quluzadə 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində anadan olub. Orta məktəbin 7-ci sinfini bitirəndən sonra  Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb.

Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlayıb, sonradan muzeyin elmi işlər üzrə direktor müavini olub.

Bir müddət “Bilik” cəmiyyətində sədr müavini işləyib.

1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. Akademiyada aspirantura, doktorantura şöbəsinin müdiri işləyib. Azərbaycan tarixi, dövlət və din münasibətlərini tədqiq edib.

1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 12-dən çox bədii kitabın müəllifidir.

22 aprel 2014-cü ildə Azərbaycan Prezidenti tərəfindən "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.