Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-12 13:57:00
Türkiyədə növbəti ZƏLZƏLƏ  

Türkiyənin Osmaniye vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Düziçi rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.