Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-12 09:34:00
Yer asteroidlə toqquşa bilər  

2046-cı il fevralın 14-də "2023 DW" adlı asteroid Yerlə toqquşa bilər.

 

AzEdu.az xəbər verir ki, bu barədə NASA-nın məlumatlarında qeyd olunub.

 

Alimlər asteroidin böyüklüyünü nəzərə alaraq bildirirlər ki, onun Yerə ehtimal olunan təsiri həyatın yox olmasına səbəb olmayacaq, lakin insanların böyük bir ərazidən təxliyə edilməsi lazım olacaq.

 

Alimlər hələ də kosmik obyektin trayektoriyasını hesablayırlar və məlumatlar dəyişə bilər. Hazırda diametri 49,3 m olan asteroid Yerlə toqquşma ehtimalı olan yeganə asteroiddir. NASA bu hadisənin baş vermə ehtimalını 560-da 1, Avropa Kosmik Agentliyi isə 625-də 1 kimi qiymətləndirir. "2023 DW" Günəş ətrafında 25 km/s sürətlə dövr edir və o, hazırda Günəşdən 18 milyon km uzaqlıqdadır.