Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 12:05:09
BMU İdrak liseyinin şagirdləri arasında görüş keçirib

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin əməkdaşları İdrak liseyinin Bakı filialının bir qrup XI sinif şagirdi ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə iştirak edən fakültənin dekanı, dosent Hüseyn Mirzəyev, tədris işləri üzrə dekan müavini Osman Mirzəyev, Mexanika mühəndisliyi kafedrasının müdiri, dosent Asif Quliyev çıxışlarında BMU-nun fəaliyyət istiqamətləri haqda məktəblilərə ətraflı məlumat veriblər.

 

Müasir infrastruktura malik BMU-da dörd fakültə (Mühəndislik, Pedaqoji, Memarlıq və inşaat, İqtisadiyyat) üzrə Azərbaycan və ingilis dillərində tədrisin aparıldığı, həmçinin beynəlxalq tədris proqramları əsasında ali təhsilin bakalavr, magistr və doktorantura səviyyələrində təhsil verilldiyi vurğulanıb. Şagirdlərə BMU-İNHA ikili diplom proqramının üstünlükləri və imkanları, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən idman, sosial-mədəni fəaliyyət, o cümlədən bu sahədə yaradılmış çoxsaylı tələbə klubları barədə də zəruri informasiyalar təqdim olunub.

 

Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.