Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-08 09:18:22
Mixalko: “Qadınlara hər cür imkanların yaradıldığı cəmiyyət hərtərəfli inkişaf edəcək”

“Əgər hər kəs gender bərabərsizliyini aradan qaldırmağa çalışarsa və qadınlar kişilərlə bərabər bütün imkanlardan istifadə edə bilərsə, cəmiyyət həqiqətən də davamlı və hərtərəfli inkişaf edəcək”.

 

AzEdu.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan-Fransız (UFAZ) Universitetində keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, qadınların hüquq və imkanlarının genişləndirilməsindən danışmaq çox vacibdir: “İqtisadiyyat, mühəndislik, elm də daxil olmaqla, bütün sahələrdə qadınlar bərabər imkanlara malik olmalıdırlar”.

 

UFAZ-ın rektoru Vazeh Əsgərov isə bildirib ki, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bugünkü tədbir “Biznesdə və mühəndislikdə qadınların yolu” adlanır: "Bu mövzu təsadüfən seçilməyib. Belə ki, bu il 8 Martın mövzusu innovasiya sahəsində gender bərabərliyidir. Universitetimiz bu işə töhfə verməyə hazırdır”.

 

Fransanın Azərbaycandakı səfiri Ann Buayon qadınların mühəndislik sahəsinə daha çox cəlb edilməsinin vacibliyini vurğulayıb: “Siyasətçilər, hüquqşünaslar müəyyən mənada problemlər yaradır, mühəndislər isə həll edirlər. Ekoloji keçid şəraitində mühəndislərə ehtiyacımız var, onlar nəqliyyat və kosmik proqramların həyata keçirilməsi üçün lazımdır və siyahını davam etdirmək olar”.

 

(Report)