Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 20:22:14
“UNEC-də təqaüd alan tələbələr azalmayıb, artıb” - REKTOR

“Təqaüd alan tələbələrin sayının guya azalması ilə bağlı mənə çoxlu müraciətlər edilir. Məlumat üçün bildirirəm ki, UNEC-də təqaüd alan tələbələrin sayı azalmamış, əksinə, artmışdır”.

AzEdu.az xəbər verir ki,  bunu Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib.

O bildirib ki, UNEC-də 2022-ci ildə təqaüd alan tələbələrin sayı 9547 nəfər olduğu halda, 2023-cü ildə bu rəqəm 10688 nəfər təşkil edib:

“Başqa sözlə, UNEC-də təqaüd alan tələbələrin sayı 1141 nəfər artmışdır.

Uğurlar! Hər şey daha da yaxşı olacaq!”.