Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 12:35:02
Deputatdan AZAL-a ÇAĞIRIŞ: Heç olmasa tələbələrə güzəşt edin!

Biz ötən dəfə də çıxışımızda Azərbaycan Hava Yollarının (AZAL) təyyarə qiymətlərinin azaldılması ilə bağlı məsələ qaldırmışdıq, amma hələ də nəticə yoxdur. Qiymət bahalığına görə tələbələrimiz tətilə gələ bilmədilər, zəlzələdə həyatlarını itirdilər.

 

AzEdu.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

“AZAL bilet qiymətlərini özü istədiyi kimi müəyyənləşdirir. Belə olan halda tələbələr əziyyət çəkir. Heç olmasa tələbələr üçün güzəştlər olmaldıır. Tələbələrin quru sərhəddən keçməsi üçün şərait yaradılmalıdır. Tələbələrimizin vəziyyəti çox acınacaqlı durumdur. Bu vəziyyətdə Ombudsman nə edə bilər?”, - deyə deputat iradlarını bildirib.