Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 09:20:00
Azərbaycan Universitetində təqdimat olub

Avropa Tələbələr Forumu (AEGEE Bakı) tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün təşkilatın fəaliyyətinə dair təqdimat keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə forumun Bakı nümayəndəliyinin prezidenti Cəsur Mədətzadə iştirakçılara təşkilatın fəaliyyəti, məqsədləri, gənclər üçün yaratdığı imkanlar, həyata keçridiyi müxtəlif tipli layihə, təlim, tədbir və seminarlar haqqında məlumat verib. Cəsur Mədətzadə bildirib ki, tələbələr foruma üzv olmaqla Avropanın bir çox ölkələrini kəşf etmək şansı və beynəlxalq layihələrdə iştirak hüququ əldə edə bilərlər. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaq və Avropa ideyalarını təşviq etməkdir. 

 

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Qeyd edək ki, Avropa Tələbələr Forumu Avropanın ən böyük tələbə və gənclər təşkilatlarından biridir. Təşkilatın Bakı nümayəndələyinin pezidenti Cəsur Mədətzadə Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə IV kurs tələbəsidir.