Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 08:30:00
Harvard Universitetinin azərbaycanlı məzunları - Onlar hansı vəzifələrdə çalışır?

Harvard Universiteti Amerikanın və dünyanın ən məşhur və nüfuzlu ali məktəblərindən biridir. Bu təhsil ocağı dünya universitetlərinin reytinqlərində həmişə ən yüksək mövqelər tutub. Hər il minlərlə tələbə universitetin bakalavr və magistratura pilləsində təhsil almaq üçün müraciət edir. Harvard Universiteti mühəndislik, texnologiya, tibb və sosial elmlər kimi sahələrdə xüsusilə seçilir. Universitetdə 10 müxtəlif fakültə, tədqiqat mərkəzləri və institutlar yerləşir.

Harvard Universitetini bitirən məzunlar arasında azərbaycanlılar da var, amma onların sayı çox deyil.

Hazırda Azərbaycanda yüksək vəzifələrdə çalışan xeyli Harvard məzunu var.

AzEdu.az saytı onların kimliyini oxuculara təqdim edir.

Şahmar Mövsümov: 212 mindən çox işçiyə 95,6 milyon manatdan çox ödəniş  edilib - AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov.

51 yaşlı Şahmar Mövsümov 1990-1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində iqtisadçı ixtisası üzrə təhsil alıb.

2003-2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsini bitirib.

İngilis, fransız, rus, türk dillərini bilən Ş.Mövsümov 29 noyabr 2019-cu il tarixindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisidir.


Emin Hüseynov: “ADA” Universiteti Azərbaycan təhsilinin inkişafına böyük  töhfələr verəcək - AZƏRTAC

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov. O, həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanin köməkçisidir.

1974-cü il təvəllüdlü E.Hüseynov 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə ABŞ-ın Harvard Universitetinin Con Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.

1 dekabr 2021-ci ildə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.


Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq qanunsuz  miqrasiyaya qarşı tədbirlər keçirir - AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov.

43 yaşlı Vüsal Hüseynov 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat üzrə bakalavr pilləsini bitirib. 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr təhsili alıb.

2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirib və hüquqşünas ixtisasına yiyələnib.

2010-cu ildə Harvard Universitetinin Con Kennedi adına İdarəçilik məktəbinin magistr proqramına qəbul olunub və 2011-ci ildə orada dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.

23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi daşıyır.


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Beynəlxalq Əmək  Təşkilatında yüksək vəzifəyə təyin olunub - AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru Mətin Kərimli. BƏT-in Sakit Okean hövzəsi ölkələri üzrə Ofisi Ficinin paytaxtı Suva şəhərində yerləşir.

1979-cu il təvəllüdlü Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 

2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib.

30 dekabr 2019-cu ildə Beynəlxalq Əmək Təşkilatının Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru vəzifəsinə təyin olunub.
İngilis, fransız, rus və ispan dillərini bilir.


A.Qorxmaz