Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 17:05:27
Məktəblərdəki “təhlükə” mənbələri – Bu insanlarla necə davranmaq lazımdır? –Direktor danışır

Yeniyetməlik dövründə valideynlərin övladlarına qarşı diqqətli olmasının vacibliyini göstərən  bir çox məqamlar var. Bu dövrdə onlara hər şey problem kimi görünə, istənilən an aqressivləşəbilərlər. Amma düzgün tərbiyə, sevgi sayəsində onlar gələcək üçün yararlı bir fərd kimi yetişə bilərlər.

AzEdu.azməktəb direktoru Xatirə Hacıyevanın tövsiyələrini diqqətinizə çatdırır:

“Yeniyetməlik  insanlarda meydana gələn “böyüklüyə ilk addım ”, uşaqlıq və böyüklük arasındakı inkişaf dövrüdür. Bu dövr 11-12 yaşdan 16-17 yaşa qədər olan müddəti əhatə edib, fərdin bioloji, psixoloji, fizioloji, eyni zamanda, ictimai inkişafı ilə müşahidə olunur. Yeniyetməliyə giriş yaşı genetik, sosial və iqlim amillərinin təsiri ilə fərqli ola bilər. Məsələn: Ərəb və Afrika ölkələrində bu yaşa keçid daha tez başlayır.Ölkəmizdə yeniyetməlik yaşı qızlarda 11-12, oğlanlarda 12-14 yaşlarındanhesablanır. Bu dövrdə insan orqanizmində güclü fizioloji dəyişikliklər müşahidə olunur. Qızlarda və oğlanlarda ikinci cinsi əlamətlər müşahidə olunmağa başlayır.Orqanizmdə hormonların fəaliyyətinin artması ilə fizioloji dəyişikliklər getdiyi kimi, fikir və düşüncələrində, psixoloji vəziyyətlərində də ən önəmli dövrünü keçirirlər. Uşaqlıq və böyüklüyün arasındakı bu dövrü “ Fırtınalı gərginlik”, “Yalançı böyüklük ” də adlandıra bilərik. Bəs yeniyetməlik dövründə hansı xüsusiyyətlər nəzərə çarpır? Yeniyetməliyin ən təməl özəlliklərindən biri kimi atılqan, göstərişli olması daha çox diqqət çəkir. Məsələn, əvvəllər sakit təbiətli olan oğlan indi yırğalana-yırğalana yeriyir, nitqində yeni sözlər peyda olur, qızlar geyimlərini nümayiş etdirir, evdə analarının üstünə acıqlanır, qışqırır, dəqiqələrlə güzgü önündə vaxt sərf edir, üsyankar şəkildə sərbəst, azad olmaq istəyirlər. Yeniyetmələrin valideynləri ilə ən böyük savaşı özlərini bir yetişkin olaraq qəbul etdirməyə çalışmalarıdır. Onlara uşaq kimi davrandıqda aqressivləşir və üsyankar mövqe tuturlar. Bir yeniyetmə valideyni olduqca diqqətli olmalıdır. Çünki  gələcəkdə formalaşmış yetişkin insan onun əməyinin məhsuludur. Yeniyetmənin fikirlərini gülüşlə qarşılamaq “ Sən nə bilirsən? ” kimi ifadələr işlətmək olmaz.Tutaq ki, həvəslə hər hansı bir işi görmək, hansısa idman növü ilə məşğul olmaq istəyirsə və siz onun bu yöndə bacarıqsız olacağını düşünürsüzsə belə ehtiyatla davranmalı, ona inanmadığınızı nümayiş etdirməməlisiz. Ona inanmanız , güvənməniz onun yetişməsində müsbət rol oynayacaq. Eyni zamanda , bir yeniyetməyə avtoritar davranaraq , həddən artıq intizamlı olmanız onu sıxar , aqressivləşdirər, mənfi emosiyalar içinə salar. Yeniyetməylə sevgi ilə danışmanız, ona hörmətlə yanaşmanız, dəyər verməniz şəxsiyyətinin düzgün formalaşmasına müsbət təsir göstərəcək. Ailələrin qurduğu və yönləndirdiyi tərbiyə üsuluna görə yeniyetmə uşaqlar haqqında soruşduqda bir- biri ilə ziddiyyət təşkil edən fikirlər meydana çıxır. Əksər valideynlər övladlarının aqressiv, özbaşına, çox bər-bəzəyə meyilli , qarşı cinsə marağın artması kimi xarakterizə edir. Çox az ailələr isə  övladının davranışında elə bir qeyri- adi dəyişikliyin olmaması, dərslərində əvvəlki kimi fərqlənməsi, hədəflərini müəyyənləşdirilməsi, məqsədinə doğru inamla irəliləməsini bildirir.  Bunun əsas səbəbi valideynin qurduğu düzgün tərbiyə metodudur. Əgər övladınıza düzgün münasibət bəsləsəniz , onunla davranışlarınızda daha diqqətli olsanız , o , mənfi xüsusiyyətləri ilə seçilmək, yeniyetməliyin gətirdiyi mənəm –mənəmliyin kölgəsində etdiyi hərəkətlərə haqq qazandırmaq yerinə, məqsədləri olan, yeniyetmə enerjisini müsbət istiqamətdə yönləndirərək uğur qazanan gəncə çevrilər.  Son olaraq yeniyetməlik çağında iki övladı olan bir ana kimi aşağıdakı qısa tövsiyələri vermək istəyərdim.Ünsiyyət qurmaq üçün bütün bacarıqlarınızı səfərbər edin. Sərbəst və azad olmalarına şərait yaradın, fikirlərini müstəqil söyləmələri üçün imkan verin. Yoxlamaq, izləmək yerinə ünsiyyət qurun, izləsəz belə bunu hiss etdirməyin. Anlayışlı və səbrli olun. Ona hər xüsusiyyəti , mənfi, müsbəti, uğursuzluqlarıvə uğurları ilə birlikdə qarşılıq gözləmədən sevdiyinizi hiss etdirin. Sizin kimi valideyni olduğuna görə özünü şanslı hiss etməsi üçün verə biləcəyiniz ən böyük şeyi sonsuz güvən vətəmənnasız sevgini verin.

 Elşən Ramizoğlu