Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 12:58:00
UNEC-də bilik yarışı keçiriləcək

2 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində musiqi sənəti istiqaməti üzrə zal nəzarətçilərinin növbəti müsahibə mərhələsi keçirilib. Müsahibə mərhələsində namizədlərin sənədləri yoxlanılıb, eləcə də müvafiq sahə üzrə təhsil, fəaliyyət, iş təcrübəsi və digər məlumatlar dəqiqləşdirilib. Əlavə olaraq namizədlərə musiqi sənəti üzrə qabiliyyət imtahanları haqqında məlumat verilib və imtahanlar zamanı yarana biləcək situasiyalar barəsində müzakirələr aparılıb.

 

AzEdu.az xəbər verir ki, müsahibə nəticəsi məqbul olan namizədlər qabiliyyət imtahanına cəlb ediləcək.

 

Qeyd edək ki, hazırda DİM-ə müraciət edən 121 namizəddən 41 nəfər müsahibə mərhələsindən uğurla keçib. Müsahibələrin mərhələli şəkildə keçirilməsi davam etdirilir. Müraciət etmək istəyənlər verilmiş anket formasını dolduraraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.