Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 12:47:25
Bu abituriyentlər ərizəsini ödənişsiz təsdiqləyə bilər    

Ötən ilin məzunları əvvəlki ildə verdiyi buraxılış imtahanının nəticələrindən istifadə edə bilər. İmtahanının I mərhələsində iştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür.


Bu zaman həmin abituriyent ərizənin təsdiqi üçün ödəniş etməlidir?

 

AzEdu.az abituriyentləri maraqlandıran bu suala Dövlət İmtahan Mərkəzindən cavab alıb.

Bildirilib ki, 2022-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanlarında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda, abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur.

 

Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçim etməlidir.

 

Əlavə olaraq qeyd edək ki, ödəniş məbləği seçimlərdən asılı olaraq formalaşır və sistem tərəfindən sizə konkret məbləğ təqdim olunur.