Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 11:18:00
DİM kotirovka sorğusu elan edir

İddiaçılar Müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Tenderdə iştirak haqqı 100 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri 17 mart 2023-cü il saat 17:00-dək vahid Portal vasitəsi ilə təqdim etməlidirlər:

- müsabiqədə iştirak haqqının ödənilməsi barədə məlumat;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında müvafiq vergi orqanından arayış;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alınır;

- tam adı, hüquqi statusu, nizamnaməsi, reyestrdən çıxarışı və rekvizitləri;

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasını təsdiq edən sənəd;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığını təsdiq edən sənədlər;

- sahibkarlıq subyektinin bölgüsünə əsasən hansı kateqoriyaya aid olması ilə bağlı Dövlət Statistika Komitəsindən arayış

- qiymət təklifli zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Kotirovka sorğusunun predmeti iki və ya daha çox iddiaçı arasında bölünə bilməz.

Təkliflər 27 mart 2023-cü il saat 12:00-da açılacaqdır.

İddiaçıların tender təklifi, həmçìnin kotirovka sorğusu ilə əlaqədar bütün yazışmalar və sənədlər vahid Portal vasitəsi ilə həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 310-53-16, daxili 1704.

E-mail: [email protected], Ünvan: AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 299.