Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 17:44:00
AzTU komandası Tələbə Liqasında qalibiyyətə davam edir

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

 

AzEdu.az xəbər verir ki, liqanın 12-ci turunda AzTU komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 105:86 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

 

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.