Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 15:12:00
UNEC tələbəsi Şahmat universiadasının qalibi oldu

Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tələbələrarası şahmat universiadası keçirilib.

 

AzEdu.az xəbər verir ki, 14 ali məktəbin təmsil olunduğu universiadada UNEC komanda hesabı ilə III yerə layiq görülüb. İqtisadiyyat fakültəsinin tələbəsi Aytən Ələsgərova komandanın qalibi olub.