Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 12:52:00
AzTU komandası “MİNAHACK” hakatonunda 2-ci yeri tutdu

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və məzunlarının iştirak etdiyi “Hi-Tech” komandası UNEC-in təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən “MİNAHACK” hakatonunda ikinci yerə layiq görülüb. 

 

 AzEdu.az xəbər verir ki, “Heydər Əliyev İli”nə həsr olunan “MİNAHACK” hakatonunun məqsədi Azərbaycanın işğaldan azad olunan iqtisadi rayonlarında minatəmizləmə işlərinin sürətli aparılmasına, torpağın minalardan təmizlənməsinə texnoloji ideyalar və həllər təklif etmək olub. 2 gün davam edən hakatonda 12 universitet və elmi tədqiqat institutunun 9 komandası iştirak edib.

 

AzTU-nun rektoru Vilayət Vəliyev “Hi-Tech” komandasının üzvləri ilə görüşüb, onları təbrik edib. Belə yarışlarda iştirak etməyin gənclərin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib. 

 

Məlumat üçün bildirək ki, “Hi-Tech”komandasının üzvləri AzTU-dan Şamil Sultanzadə, Murad Qurbanov və Şahin Əbdüləhədov, UNEC-dən isə Nübar İsrafilova və Ləman İsmayılovadır.