Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 11:57:00
Təhsil mütəxəssisləri UNEC-ə dəvət olunur

UNEC məzunlarının bacarıqlarının qiymətləndirilməsi məqsədilə “QEYRİ-AKADEMİK TRANSKRİPT” layihəsi hazırlanıb. 

 

AzEdu.az xəbər verir ki, məzunlara verilən “Akademik transkript” bilik səviyyəsini göstərsə də, onların bacarıqlarını göstərmir. Bunu nəzərə alaraq, məzunların bacarıqlarını qiymətləndirən “Qeyri akademik transkript” layihəsinin müzakirəsi keçiriləcək.

 

Layihənin müzakirəsi 7 mart, saat 10.00-da UNEC-in əsas tədris binasında keçiriləcək. Təhsil mütəxəssisləri həmin müzakirəyə dəvət olunurlar.  

 

Müzakirədə iştirak etmək istəyən təhsil mütəxəssislərindən 070 292-38-88 nömrə ilə əlaqə saxlaması xahiş olunur.