Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 13:24:00
“Heydər Əliyev və hüquqi dövlət” olimpiadası keçirilib

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və hüquqi dövlət” mövzusunda hüquq olimpiadası keçirilib.

 

AzEdu.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş olimpiadada, Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu, Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov iştirak ediblər.

 

UNEC tələbələri üçün təşkil olunan olimpiadada bildirilib ki, məqsəd ali məktəblərin qeyri-hüquq fakültələrində təhsil alan gənclərin Konstitusiyada təsbit olunmuş əsas müddəaları, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsinə aid maddələri daha da dərindən öyrənmələridir. Eyni zamanda, konstitusiya nəzarətinin mahiyyəti, prinsipləri barədə onların məlumatlandırılması, ölkəmizin qanunvericilik aktları haqqında biliklərinin artırılması, dövlət quruculuğu prosesində daha fəal iştirakının təmin olunmasından ibarətdir.

 

Tələbələri maraqlandıran suallar cavablandırıldıqdan sonra, olimpiada keçirilib.