Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 12:49:00
“Orta ixtisas təhsili olmayanlar kitabxanalarda rəhbər vəzifələrdə çalışır” - Nazir əvəzi

“Orta ixtisas təhsil olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır”.

 

AzEdu.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, bu gün Azərbaycanda 7000-ə yaxın mədəniyyət müəssisəsi var:

"Bu müəssisələrdə ciddi problemlər var. Onların infrastrukturları, demək olar ki, yoxa çıxıb. Ucqar kəndlərdə yerləşən kitabxanaların da vəziyyəti olduqca acınacaqlıdır. Kitab təminatında da ciddi problemlər var. Həmin müəssisələrdə çalışan kadr potensialı bərbad durumdadır. Hətta orta ixtisas təhsil olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır. Prosesə kompleks yanaşmaq lazımdır. Hazırda məsələ ilə əlaqəli ciddi araşdırma və təhlil aparılır. Həmin müəssisələrin faydalılığı da yoxlanılmalıdır”.