Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 15:04:00
Dövlət Neft Fondu UNEC tələbələri üçün təqdimat keçirəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondu 27 fevral, saat 11:00-da UNEC tələbələri üçün aşağıdakı mövzularda təqdimat keçirəcək:

  • Suveren Fondların Beynəlxalq Forumu (IFSWF) haqqında ümumi məlumat: SOFAZ-ın rolu
  • Suveren fondların növləri
  • Ağ kitab (White papers)
  • İnvestisiya perspektivləri
  • İrəlini görmək üçün geriyə baxış

 

AzEdu.az xəbər verir ki, təqdimat iki hissədən ibarət olacaq. İlk sessiya fikir mübadiləsi formatında, ikinci sessiya isə İnsan resursları departamentinin təqdimatı əsasında keçiriləcək. Sonda ilə sual-cavab sessiyası olacaq.

 

Tədbir UNEC-in əsas binasının Ağ zalında olacaq.