Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 12:38:00
Abşeron Logistka Mərkəzinin rəhbərliyi AzTU-da...

Abşeron Logistka Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə səfər edib. Səfər çərçivəsində Abşeron Logistka Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevlə AzTU-nun rektoru Vilayət Vəliyev arasında görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, Abşeron Logistka Mərkəzində keçirilən sonuncu görüş zamanı verilən təkliflərin və müzakirə olunan məsələlərin daha operativ icrası ilə əlaqədar müştərək komissiya yaradılıb. Komissiyanın üzvləri ilkin olaraq görülən və görüləcək işlərlə bağlı plan hazırlayıblar. Plana uyğun olaraq komissiya tədris, elmi-tədqiqat və təcrübə istiqamətində müəyyən olunan məsələlərin icrasını həyata keçirəcəklər.

 

Daha sonra qonaqlar AzTU-nun Logistika və Nəqliyyat İnstitutu ilə tanış olublar.

 

Xatırladaq ki, fevralın 9-da Abşeron Logistka Mərkəzində AzTU-nun tədris mərkəzi istifadəyə verilib.