Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 10:14:00
DİM yeni sual kitabçaları dərc edib
Orta məktəb şagirdlərinin biliyinin qiymətləndirilməsi üçün 2 nömrəli sınaq imtahanı sual kitabçaları dərc olunub.
 
 
AzEdu.az xəbər verir ki, kitabçalar 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün hazırlanıb. Sual kitabçası tədris ilinin tam hissəsini əhatə edir.
 
Kitabçada 3 fənn üzrə 85 test tapşırığı (English - 30, Azərbaycan dili - 30, Riyaziyyat - 25 test tapşırığı) verilib.
 
Sual kitabçası daxilində rahat ayrılaraq istifadə oluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchiz olunmuş «Cavab kartı» yerləşdirilib.
 
Cavab kartındakı QR kod vasitəsilə şagirdlər kitabçanın onlayn imtahan versiyasına ödənişsiz daxil olub, cavabları sistemə daxil etməklə hər bir tapşırıq üzrə düzgün cavabları və imtahan üzrə ümumi nəticəni ala bilirər.
 
 
Kitabçaların qiyməti 5 manatdır. Kitab mağazalarından əldə etmək mümkündür.