Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 16:56:00
Nazirlik Heydər Əliyevlə bağlı konfrans keçirəcək

23-26 may 2023-cü il tarixlərində Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. 

 

AzEdu.az xəbər verir ki, konfransda neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, süxur mexanikası və geoekologiya istiqamətləri üzrə alim və mütəxəssislər iştirak etməyə dəvət olunurlar.

 

Konfransın əsas elmi istiqamətləri:

  • Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və karbohidrogen sistemlərinin modelləşdirilməsi;
  • Neft və qazın axtarışı və kəşfiyyatının geofiziki üsulları və müasir texnologiyaları;
  • Neft və qaz yataqların işlənməsi, quyuların qazılması və süxurların mexanikası.

 

Konfrans çərçivəsində “Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti” mövzusunda elmi forumun keçirilməsi nəzərdə tutulur.

Tədbir haqqında daha ətraflı məlumatı https://conference.ogi.az/ rəsmi internet saytından əldə etmək olar.

Konfrans üçün tezislərin qəbulu artıq başlayıb və aprelin 10-a kimi davam edəcək. Konfransın rəsmi dilləri: Azərbaycan, ingilis və rus dilidir. Məruzənin genişləndirilmiş tezisi bu dillərdən birində yazıla bilər.

Tezis təklif olunan şablonda tərtib edilməli və 4 səhifədən ibarət olmalıdır. Azərbaycan, ingilis və rus dillərində şablonları konfransın saytından endirmək olar. Şablondakı mətnlər tələblərə uyğun formatdadır, onları sadəcə öz mətninizlə əvəz etmək kifayətdir. Tezis annotasiya, açar sözlər, və strukturlaşmış əsas mətn (giriş, metod və (və ya nəzəriyyə, müzakirə və nəticə bölmələri olmaqla) formasında tərtib edilməlidir. Tezisə ən azı 1 şəkil əlavə etmək mütləqdir. Tezisin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı yerləşdirilməlidir.

Tezislərin göndərilməsi zamanı problem yarandıqda konfransın təşkilat komitəsi ilə əlaqə saxlamağınını xahiş edirik.

E-mail: [email protected] [email protected]
tel.: +99412 493 67 51, +99112 498 12 83