Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 13:07:00
UNEC-dən daha bir əməkdaşlıq

UNEC ilə Bank of Baku arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

AzEdu.az xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov və Bank of Baku-nun darə heyətinin sədri Yunus Emre Filizin imzaladığı memorandumda UNEC ilə Bank arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və s. nəzərdə tutulub.