Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 10:53:52
Tələbə Krediti Fondunun rəhbəri bu gimnaziyada suallara cavab verdi

Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunun S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyasında təhsil alan 9-11-ci sinif şagirdləri və onların valideynləri ilə görüşü keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə Xəzər RİH başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının müdir müavini Lalə Rəsulova, S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyasının müəllim, şagird və valideynləri iştirak ediblər.

Tədbirdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev çıxış edərək şagird və valideynlərə təhsil tələbə kreditləri, güzəştlər və qeydiyyat prosesi barəsində geniş məlumat verib, abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək istədikləri ixtisası seçə biləcəklərini və bu ixtisas üzrə təhsil alaraq gələcəyin mütəxəsisləri ola biləcəklərini bildirib.

Sonra Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Lalə Rəsulova abituriyentlərin ixtisas seçimi zamanı diqqət yetirilməli vacib məqamlara toxunaraq, düzgün ixtisas seçiminin edilməsi barədə ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təkliflər dinlənilib.

Qeyd edək ki, S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyasında təşkil olunan tədbir 2 gün davam edəcək. Abituriyent və valideynlərinin məlumatlandırılması, eyni zamanda fondun imkanlarından yararlanmaları məqsədi ilə Xəzər rayonunun digər qəsəbələrində də tədbirlərin keçirilməsi nəzərdə tutulur.