Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 10:57:37
Emin Əmrullayev: “Təhsil elə bir sahədir ki…”

Bakıda Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminar keçirilibr.

AzEdu.az xəbər verir ki, seminarda Prezident Administrasiyası, Nazirlər Kabineti, Hesablama Palatası, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə Milli Məclisin Elm və təhsil, İqtisadi siyasət komitələrinin üzvləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsil sahəsi daim ictimai müzakirə mövzusudur.

“Təhsil elə bir sahədir ki, daima ictimai müzakirə olunur, həmişə ictimaiyyətin diqqətindədir. Bu müzakirələrdə təhsildə nəticə nədir sualının verilməsi və cavabını tapması olduqca vacibdir. Bu məsələdə əsas olan fakt və rəyləri bir-birindən ayırmaqdır".

Nazirin sözlərinə görə, nəticəyönümlü maliyyələşməyə keçid həm ictimaiyyətlə, həm maliyyə nəzarət qurumları, həm də digər aidiyyəti orqanlarla birgə düzgün diskussiya və dialoq üçün təhsilin nəticəsi nədir sualının cavabını müəyyən etməyə imkan verir:

"Bütün müzakirə və mübahisələrimiz ölçüləbilən bu nəticələr əsasında olmalıdır. Bununla da şəxsi rəylər mübahisəsi etməmiş olarıq. Çünki şəxsi rəylərə əsaslanan mübahisənin təhsil üçün heç bir faydası olacağına inanmıram".

E.Əmrullayev deyib ki, yaxşı nəticəyə çatmaq üçün kifayət qədər vəsait lazımdır.

"Bir şeyi ölçmədən ona necə nail olmaqla bağlı suallar ortaya çıxır. Bizim üçün bu yanaşmanın üstünlükləri ilk növbədə təhsil siyasəti sahəsində olan ictimai müzakirələrə konkretləşmənin gəlməsi və istinad nöqtəsinin formalaşmasıdır", - nazir əlavə edib