2023-02-22 09:21:52
Lənkəran Universitetində Ana Dili Günü qeyd olunub
Lənkəran Dövlət Universitetində (LDU) 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı “Azərbaycan dili və ədəbiyyat” kafedrasında keçirilən tədbiri “Filologiya və ibtidai təhsil” fakültəsinin dekanı dos.Elman Mirzəyev açıb və bu günün keçirilməsinin tarixi barədə danışıb. Bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
AzEdu.az xəbər verir ki, “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri dos. Qədim Rufullayev mövzu ilə bağlı geniş məruzə edib. Məruzədə qeyd edilib ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Mövzu ətrafında kafedranın professoru Yədulla Ağazadə, dosent Elşad Səfərli, dosent Əlirza Əliyev çıxış edərək ana dilini qorumağın vacibliyindən, ölkəmizdə bu istiqamətdə görülən işlərdən, həllini gözləyən məsələlərdən danışıblar.
Tədbir fakültə tələbələrinin “Ana dili” mövzusunda hazırladıqları bədii kompoziyası ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Daha bir tələbə qəfil vəfat etdi
2024-05-11 12:57:15
MDU əməkdaşları Danimarka səfəri ilə bağlı təəssüratlarını bölüşüb
2024-05-08 17:29:18
UNEC-in professoru vəfat etdi - FOTO
2024-05-07 15:22:39
Namizədlər Kenquru müsabiqəsinin buraxılış vərəqəsini çap edə bilərlər
2024-05-06 16:32:08
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
2024-05-03 17:36:19
LDU-da M.Füzulinin 530 illiyi qeyd edilib
2024-05-03 14:18:10
BMU əməkdaşlıqlarını genişləndirir
2024-05-01 17:58:00
Azərbaycanda tələbə faciəli şəkildə ölüb- FOTO
2024-05-01 11:29:05
ADNA terrorundan 15 il ötür
2024-04-30 08:39:44
İlahiyyat İnstitutunun gənc məzunu vəfat edib – FOTO
2024-04-29 08:50:06
kitabı
ÇOX OXUNANLAR
14 May 2024, 15:16
Qəbul imtahanları YAXINLAŞIR: Abituriyentlər bu məqamlara diqqət etsinlər
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
13 May 2024, 09:25
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI
8 May 2024, 13:05
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR
9 May 2024, 13:25
Təhsilin sağlamlaşdırılması üçün sertifikasiya yeganə yoldur
10 May 2024, 21:00
Aprelin 14-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
11 May 2024, 10:35
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi
FACEBOOK