Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 17:50:00
MEK-də Beynəlxalq Ana Dili Günü ilə bağlı sərgi açılıb

Fevralın 21-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi təşkil olunub.

 

Bu barədə AzEdu.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə dilçi alimlərimizin MEK-in fondlarındakı dəyərli nəşrləri nümayiş etdirilir. Nəşrlər sırasında Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi Ağamusa Axundovun “Dil və ədəbiyyat”, “Dilin estetikası”, “Ümumi dilçilik”, “Azərbaycan dilçiliyi: Sələflər və xələflər”, maarifçi-publisist İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” əsərləri, 4 cilddə “Azərbaycan dilçiliyi müntəxəbatı”, 3 cilddə "Azərbaycan dilinin funksional qrammatikası: sintaqmatika, söz birləşməsi və sadə cümlə sintaksisi”, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş “Müasir Azərbaycan dili” (Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov) dərsliyi, “Azərbaycan dilinin Dərbənd dialekti”, “Azərbaycan dilinin antonimlər lüğəti”, “Azərbaycan dilçiliyində Afad Qurbanov zirvəsi” və s. kitablar yer alır.

 

Sərgi 2 həftə davam edəcək.