Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 12:24:00
Dünyanın ən nüfuzlu universitetlərindən biri adını dəyişir - SƏBƏB

Dünyanın ən məhşur və nüfuzlu universiteti olan Amerikanın Yel Universiteti adını dəyişə bilər.


AzEdu.az xəbər verir ki, bu barədə Assosiated Press saytı məlumat yayıb.

Ad dəyişmənin səbəbkarı boynunda xalta olan uşaq təsvir edilmiş tarixi şəkildir.

Konnektikut ştatında yerləşən Yel Universiteti tacir və filantrop Yelin adını daşıyır. XVIII əsrdə o məktəb tikintisi üçün pul verib. Sonrakı illərdə bu məktəb indiki Yel Universitetinə çevrilib.

Yelin qul, yaxud azad vətəndaş olması barədə məlumat yoxdur.

Hollandiyalı rəssamın çəkdiyi şəkildə o varlı adamların əhatəsində təsvir olunub. Elə oradaca qaradərili, boynunda kəndir olan uşaq da əks olunur.

Tarixçilər və sənətşunaslar iddia edirlər ki, qaradərili uşaq qul olub və ABŞ tarixində quldarlıqla məşğul olanların hamısı tarixdən silinməlidirlər. Şəklin tədqiq olunmasına hətta həkim-pediatorlar da cəlb olunublar. Onlar müəyyən ediblər ki, qaradərili uşağın 10 yaşı var imiş.

Beləliklə Amerika Birləşmiş Ştatları tarxi saxtalaşdırmaqla özünü təmizə çıxarmaq istəyir. Müvəffəq olacaqmı?

Şəkildə təsvir olunan uşağın Yelin nökəri olub-olmadığı da məlum deyil. Amma oradakı İngilis aristokratların kimliyi təsdiq olunub. Lakin məlum olan odur ki, o dövrdə İngiltərədə qara dərili yeniyetmə qul saxlamaq dəbdə idi.

Bu məsələ ortalığa çıxandan sonra Universitet rəhbərliyi ad dəyişməsi üzərində ciddi düşünür. Onlar hesab edir ki, Universitetin Yelin adı ilə adlandırılması düzgün deyil.