Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 17:40:00
İqtisad Universitetində maraqlı seminar gözlənilir

UNEC-də “Göz hərəkətini izləmə cihazı tədqiqat aləti kimi: Demo” mövzusunda elmi seminar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, mövzu ətrafında TC Orta Doğu Texnik Universitetinin Dizayn fabrikinin müdir müavini Dr. Serkan Alkan təqdimatla çıxış edəcək. Təqdimatda “göz izləmə nədir?”, göz izləmə tətbiqlərinin faydaları, imkanları və məhdudiyyətləri haqqında ətraflı məlumat veriləcək.

 

Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrası və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə keçiriləcək elmi seminar 23 fevral, saat 11.00-da UNEC-in III tədris binasının Akt zalında (Bakı ş., M.Muxtarov 194) olacaq.