Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 16:59:00
DİM informatika üzrə hazırlıq kursunun müdavimlərinə imtahan keçirib

20 fevral 2023-cü il tarixində  Bakı şəhərindən olan iştirakçılar üçün DİM-in Abdulvahab Salamzadə küçəsi 28 ünvanda yerləşən binasında, bölgələrdən olanlar üçün isə DİM-in Gəncə və Şirvan Regional Bölmələrində informatika fənni üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair birinci hazırlıq kursunun müdavimləri üçün proqramlaşdırma ilə bağlı imtahan keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahan nəticələrinə əsasən müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək.