Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-19 16:50:00
Naxçıvanda magistratura imtahanı keçirilib

Naxçıvanda magistraturaya qəbul imtahanı keçirilib.

 

AzEdu.az Report-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirib.

 

Naxçıvan Muxtar Respublikasında imtahan üçün 2 bina ayrılıb. İmtahanlar Naxçıvan şəhər 5 nömrəli və 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda Naxçıvan üzrə 500-dən artıq bakalavr iştirak edib.

 

Qaydalara görə proses zamanı bakalavrlara 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatika olmaqla, ümumilikdə 100 sual təqdim olunub. Hər bir doğru cavab bir balla qiymətləndirilib, səhv cavablar iştirakçının ümumi nəticəsinə təsir etməyib.

 

Naxçıvanda imtahanın idarə olunmasına 6 imtahan rəhbəri, 48 nəzarətçi-müəllim, 6 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.