Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 15:34:07
Azərbaycanda özəl orta məktəblər - 17 minədək şagirdi var

2021-2022-ci il təhsil ilində Azərbaycanda 4 min 394 dövlət məktəbi fəaliyyət göstərib.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Rəsmi məlumata görə, ölkədəki məktəblərin 3305-i (75 faizi) 11 illik, 769-u (18 faizi) 9 illik, 304-ü (7 faizi) 4 illikdir.

Dövlət məktəblərinin 115-i lisey və gimnaziyalardır.

Dövlət məktəbləri ilə yanaşı, ölkədə 320 özəl məktəb də var.

Diqqətçəkən məqamlardan biri odur ki, ölkədə Abşeron yarımadasından (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu) başqa tək özəl məktəb Biləsuvardadır.

Rəsmi rəqəmlərə görə, dövlət gündüz ümumtəhsil məktəblərində 1 milyon 674 min şagird təhsil alır. Onlardan 506 mini Bakıdakı dövlət məktəblərində oxuyur.

Ölkənin özəl məktəblərində 16 min 859 şagird təhsil alır. Onların 15 min 51 nəfəri, yəni özəl məktəblərdə təhsil alanların 90 faizi paytaxt Bakının payına düşür.

Bütövlükdə ölkədəki 1 milyon 690 min şagirdin 521 min nəfəri Bakıda məktəbə gedir.