Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 17:16:00
DİM-də fizika fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) fizika fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk məşğələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, Hazırlıq kursu həm əyani, həm də onlayn ­­formada keçirilib.

 

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Moderator – Əlövsət Rəcəbli müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat edib.

 

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Hazırlıq kursunun ikinci məşğələsi növbəti həftə keçiriləcək.