Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 13:20:00
Məleykə Abbaszadə Dünya Hökümət Sammitində danışacaq

Bu gündən etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gələcək hökumətlərin formalaşdırılması” (Shaping Future Governments) mövzusuna həsr olunmuş Dünya Hökümət Sammiti 2023 (World Government Summit 2023) fəaliyyətə başlayıb.

 

AzEdu.az xəbər verir ki, fevralın 15-ə qədər davam edəcək beynəlxalq əhəmiyyətli sammitdə 140-dan çox ölkə və 80-dən çox beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edirlər.

 

Tədbirdə sammit iştirakçıları tərəfindən dünyada təhsilin gələcəyi, öyrənməyi və işləməyi prioritetləşdirmək, qlobal cəmiyyətin formalaşmasında hökumətlərin qarşısında duran yeni çağırışlar və digər məsələlər müzakirə ediləcək.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sammitin bugünkü açılış mərasimində iştirak edib. Tədbirin ikinci günündə (14 Fevral 2023-cü il) M.Abbaszadənin çıxışı nəzərdə tutulub.

 

Xatırladaq ki, tədbirdə beyin mərkəzlərinin təmsilçiləri, qlobal ekspertlər və dövlət strukturlarının nümayəndələrinin qatılacağı 220-dən çox sessiya təşkil ediləcək.