Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-12 12:55:00
DİM tərəfindən yeni sual kitabçaları dərc olunub

Buraxılış imtahanlarına hazırlaşan 9 və 11-ci sinif Azərbaycan və rus bölməsinin şagirdləri üçün yeni sınaq “Sual kitabçaları” dərc olunub.

 

“Sual kitabçaları”nı (№2) şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür.

 

AzEdu.az xəbər verir ki, kitabçanı əldə edənlər “Cavab kartı”ndakı “QR” kodu mobil telefon vasitəsilə oxutmaqla otk.az portalında kitabçanın onlayn imtahan versiyasına ÖDƏNİŞSİZ keçid edib tapşırıqların cavablarını daxil etməklə nəticəni (toplanılan balı) öyrənə bilərlər. Kitabçanı əldə edə bilməyənlər otk.az portalında kitabçanın onlayn imtahan versiyasına da yazıla bilərlər.

 

Nəzərinizə çatdırırıq ki, yalnız orijinal sual kitabçalarından istifadə etdikdə kitabçanın onlayn versiyasına daxil olmaq və sual kitabçası üzrə nəticəni əldə etmək mümkündür. Kitabçaların qiyməti 5 manatdır.